AZ

Kamçatkada İkinci Dünya Müharibəsindən qalma döyüş təyyarəsi gölün dibindən qaldırılıb - FOTO

Kamçatkada Rusiya Coğrafiya Cəmiyyətinin və Rusiya Müdafiə Nazirliyinin Ekspedisiya Mərkəzinin ekspedisiyasının üzvləri 1945-ci ildə qəzaya uğramış Amerikaya məxsus qırıcı təyyarəni gölün dibindən qaldırıblar.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin mətbuat xidməti məlumat yayıb.

Təyyarə hələ 2023-cü ildə Cənubi Kamçatka Federal Təbiət Qoruğunun ərazisində yerləşən Vitaminnoye gölünün tədqiqi zamanı aşkar edilib. Onun İkinci Dünya Müharibəsinə son qoyan Kuril desant əməliyyatı başa çatdıqdan sonra qəzaya uğradığı müəyyən edilib. Mütəxəssislər döyüş maşınının Amerika istehsalı olan Pi-63 “Kingcobra” sovet döyüş təyyarəsi olduğunu müəyyən ediblər. Təyyarələr SSRİ-yə lend-liz proqramı çərçivəsində ABŞ tərəfindən verilib.

Təyyarənin fraqmenti gölün dibindən yalnız bu il qaldırılıb.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
50
herbiand.az

1Mənbələr