AZ

Melkonyan: Bu söz müharibəyə səbəb olacaq

BAKI, 49 sentyabr. TELEQRAF

“Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımasa, bu, yeni müharibəyə səbəb olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan deyib.

“Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır. İndi Ermənistan bunun belə olmadığını söyləsə, bu, müharibəyə gətirib çıxaracaq.

Köçəryan və Serjin hərəsi 10 il prezident olub, Qarabağın “müstəqilliyini” tanıyardılar. Vitali Balasanyan deyirdi ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq. Amma onlar da Qarabağı Azərbaycana təhvil verməyi üstün tutdular. Unutmusunuz? 200 ildir bizə deyirlər ki, türklər bizim düşmənimizdir. Biz artıq qonşularımızla qonşu olmalıyıq, qisas almaq üçün kənardan adam gətirməməliyik.

Azərbaycan da müharibəyə getməyə maraqlı deyil. Hamımız sülh istəyirik”, - deputat bildirib.

Melkonyan Rusiya və Ermənistanda ona bağlı müxalif qüvvələrinin avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh üzrə əldə edilmiş razılaşmaları gözdən salmağa çalışdıqlarını söyləyib: “Onlar 10 noyabr sənədinin qalmasını istəyirlər ki, Rusiyanın ayağı buradan kəsilməsin”.

Deputat Rusiyanın Ermənistana münasibətinin dostca olmadığını qeyd edib: “Mən Rusiya ilə “dostluğu” dostluq hesab etmirəm, biz sadəcə onların əsarəti altında idik”.

Seçilən
46
teleqraf.com

1Mənbələr