AZ

Pakistanın Ermənistanı dövlət kimi tanıması ilə bağlı İrəvandan açıqlama

Ermənistan və Pakistan arasında artıq diplomatik münasibətlər qurulub, buna görə də BMT-də tanınma məsələsi gündəmdə deyil.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, iki ölkə bundan sonra da ikitərəfli əməkdaşlığı davam etdirəcək və çoxtərəfli platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Avrasiya İqtisadi Birliyi (AİB) və digər qurumlar çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Qeyd edək ki, bundan əvvəl TASS mənbələrə istinadla Pakistanın Ermənistanı tanımağı planlaşdırdığını və əvəzində AİB-ə üzvlük üçün konsensus əldə etməyə çalışacağını yazmışdı.
Seçilən
4
1
sherg.az

2Mənbələr