BAKI, TurkicWorld
Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir.
TurkicWorld xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Vaşinqton razlaşmaları yalnız ABŞ-Azərbaycan əlaqələrinin inkişafına və sülh gündəliyinə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib:
"Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".
O bildirib ki, ABŞ-Azərbaycan əlaqələrinin qurulması olduqca vacib məsələdir:
"ABŞ Prezidenti Donald Trampın sülh və əməkdaşlığa söykənən addımı əhəmiyyətli rola malikdir. Vaşinqtonda Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanması, sülh sazişinin paraflanması haqq-ədalətin zəfərini ehtiva edir".