AZ

İrəvandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Hurriyyet.az xəbər verir ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı yaxın zamanda ABŞ ilə danışıqların başlanacağını bəyan edib.

Ermənistan yaxın gələcəkdə Amerika tərəfi ilə "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu layihəsinin" (Avropanı Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsi olan TRIPP yolu) həyata keçirilməsinə dair danışıqlar aparmağı planlaşdırır.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Badalyan deyib: "Yaxın zamanda Amerika tərəfi ilə danışıqlar aparılması, o cümlədən, Tramp marşrutunun reallaşdırılması məsələsinin müzakirə edilməsi gözlənilir".

Hürr Tərcüman

 

Seçilən
79
hurriyyet.az

1Mənbələr