Bakı. Trend:
Bu gün dünyada hər 10 uşaqdan biri uşaq əməyinə cəlb edilir.
Trend xəbərverir ki, bu sözləri Tacikistan Respublikası Prezidentinin yanındaStrateji Araşdırmalar Mərkəzinin Regional TəhlükəsizlikMəsələlərinin Təhlili və Proqnozlaşdırılması Departamentininrəhbəri Saidhomid Şarifzoda AQEM Beyin Mərkəzləri Forumunun 13-cütoplantısı zamanı çıxış edərkən deyib.
O bildirib ki, bütün təhlillər onu göstərir ki, 52 milyon uşaqhazırda münaqişə zonasında təhsilə, səhiyyəyə çıxışı olmayanərazilərdə yaşayır.
"Biz öz səylərimizi humanitar səylərə səfərbər etməliyik.Tacikistan da AQEM-in üzvü olaraq hər zaman seçilib. Biz hər zamanikili standartlara qarşı olmuşuq və hər zaman öz dayanıqlımünasibətimizi təqdim etmişik. Dünyanın müxtəlif ölkələri ilədiplomatik münasibərlər bizim hər zaman prioritetlərimizdənolub".
Onun sözlərinə görə, AQEM öz növbəsində fəaliyyətləriniprioritetləşdirməlidir.
"O, özünün navatorluğu ilə seçilməlidir. AQEM çox möhtəşəm birplatformadır. Sözügedən müxtəlif fəaliyyətlərin AQEM çərçivəsindəicra edilməsi onu daha da gücləndirir. Bu daha da böyükinteqrasiyalara mühim töhvə verəcək"- deyə əlavə edib.