Bakı, 9 sentyabr, AZƏRTAC
Azərbaycan basketbol millisinin FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat mərhələsi üçün oyun təqvimi bəlli olub.
Basketbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, A qrupunda yer alan yığma ilk matçını noyabrın 27-də səfərdə Şimali Makedoniyaya qarşı keçirəcək.
Millimiz iyulun 5-də baş tutacaq sonuncu görüşündə isə evdə İrlandiyanı qəbul edəcək.
Azərbaycan yığmasının oyun təqvimi
27 noyabr
Şimali Makedoniya – Azərbaycan
30 noyabr
Azərbaycan – Lüksemburq
27 fevral
İrlandiya – Azərbaycan
2 mart
Azərbaycan – Şimali Makedoniya
2 iyul
Lüksemburq – Azərbaycan
5 iyul
Azərbaycan – İrlandiya
Xatırladaq ki, A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyun keçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyuna çıxacaq. Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqə qazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşı göstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldə edəcək.