AZ

Şabranda "bir sıra işlər" üçün 620 min manatlıq tender keçirilib

Şabranda "bir sıra işlər" üçün 620 min manatlıq tender keçirilib

Şabran Şəhər İcra Hakimiyyəti Başçısının Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Vedibasar İnşaat" MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Şirkət qurumun "Şabran şəhərində bir sıra işlərin görülməsi” ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 620 297,37 manatdır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Vedibasar İnşaat" MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manatdır. Şirkətin hüquqi ünvanı Samux rayonu, Seyidlər kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur. Orxan Əlizadədən əvvəl şirkətə Allahverdiyev Elxan Camal oğlu rəhbərlik edib.

Açıq mənbələrdə nə Orxan Əlizadə, nə də Elxan Allahverdiyev haqqında məlumat var. "Vedibasar İnşaat” MMC barəsində hər hansı məlumata rast gəlinmir.

Ötən il şirkətə vergi hesabatını təqdim etməməyə görə 3 hal üzrə ümumilikdə 120 manat maliyyə sanksiyası tətbiq edilib.

Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovdur. Onun Şabran şəhəri üzrə nümayəndəsi isə Orxan Kərimovdur. //Qaynarinfo//

Seçilən
56
2
afn.az

3Mənbələr