AZ

Rusiya Azərbaycanın axtarışa verdiyi terrorçunu həbs edib

AzVision.az xəbər verir ki, məhkəmə sənədlərinə istinad edən Rusiya mediasının məlumatına görə, Rusiyanın hüquq-mühafizə orqanları şübhəlinin nəzarətə götürülməsi tələbi ilə təcili rabitə kanalları vasitəsilə sənədlər qəbul ediblər. Azərbaycanda həmin şəxs artıq qiyabi həbs edilib və axtarışa verilib.

Azərbaycan tərəfdən bütün lazımi təsdiqlər vaxtında alınıb, bundan sonra Rusiya hüquq-mühafizə orqanları həmin şəxsin saxlanılması barədə Azərbaycandan olan həmkarlarına məlumat verib. Materiallarda saxlanılan şəxsin vətəndaşlığı göstərilməsə də, onun Rusiya pasportunun olmadığı qeyd olunur.

Eyni zamanda, iş üzrə Azərbaycanın Rusiyadanmüttəhimin ekstradisiyasını istədiyi bildirilir.Məhkəmə materiallarında Moskvanın bu sorğuya müsbət cavab verməsi üçün heç bir maneə görmədiyi vurğulanır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
88
azvision.az

1Mənbələr