Azərbaycanda 2 uşaq bağçasında SİMA Access vasitəsilə uşaqların üztanıma prosesi uğurla sınaqdan keçirilib.
Bu barədə "AZİNTELECOM"un milli mətbuatın 150 illiyi ilə bağlı keçirdiyi "Rəqəmsal xidmətər mətbuatın gözü ilə" mövzusunda tədbirdə bildirilib. Gələcəkdə bu proqramdan yaşayış binalarında, digər qurumların obyektlərində istifadə mümkündür.
Bu barədə "Cebheinfo.az"-ın sualına cavabında "AZİNTELECOM"un məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsınli bildirilib. O qeyd edib ki, qurum olaraq öz məhsullarını hazırlayır və istifadəyə təqdim edirlər:
"Əgər yaşayış binalarının sahibləri, sakinləri bunda maraqlı olsalar, biz həmin xidməti onlara göstərməyə hazırıq. Bunun üçün bizə müraciət edilə bilər. Müraciət ediləcəyi təqdirdə biz nə lazımdırsa köməklik edəcəyik".