İyun ayında dövlət mülkiyyətinə keçən “Domodedovo” hava limanının yeni investora 2025-ci ildə satılması planlaşdırılır.
Herbiand.az bildirir ki, Rusiyanın maliyyə naziri Anton Siluanov RBK radiosuna müsahibəsində bu müddətin adını çəkib.
“Baxaq görək, ilin sonuna qədər bunu edə biləcəyikmi”, - deyən nazir hökumətin obyekti mümkün qədər tez satmaqda maraqlı olduğunu bildirib.
Siluanov alqı-satqı üçün namizədin kim olduğunu açıqlamayıb, lakin sövdələşmənin “açıq hərracda bağlanılacağını, beləliklə, bazar qiyməti və rəqabətin olmasını” vurğulayıb.
Bəxtiyar CƏFƏRLİ