AZ

"Fənərbağça"nın futbolçusu Rusiya klubuna keçdi

BAKI, 9 sentyabr. TELEQRAF

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Aleksandr Ciku Rusiya "Spartak"ına keçib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı müdafiəçi Moskva təmsilçisi ilə iki illik müqavilə imzalayıb.

Ciku 2023-cü ildən "Fənərbağça"da çıxış edirdi. O, İstanbul təmsilçisində keçirdiyi 75 oyunda 4 qol vurub.

31 yaşlı futbolçu komandasında 4 nömrəli formada oynayacaq.

Qeyd edək ki, Aleksandr Ciku Qana millisinin üzvüdür. O, daha əvvəl Fransada "Strasburq", "Kan" və "Bastiya" klublarının şərəfini qoruyub.

Seçilən
83
teleqraf.com

1Mənbələr