Bakı. Trend:
Slovakiyanın paytaxtı Bratislava şəhərində II Dünya Müharibəsinəaid nəhəng bomba aşkaralanıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Şəhərin mərkəzi hissəsində bombanın aşkarlanmasından sonra yaxınçevrədəki bir neçə məhəllədən, o cümlədən, Dunay çayı üzərindənkeçən körpüdən insanlar təxliyə olunub. Pik saatda aparılantəhlükəsizlik tədbirləri şəhərdə ictimai nəqliyyatın iflic olmasınasəbəb olub.
Ekspertlər 225 kiloqram çəkisində olan bombanı bir neçə saatərzində zərərsizləşdirməyi planlaşdırır.