AZ

Azərbaycan millisinin Avropa çempionatındakı oyun cədvəli məlum oldu

Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatındakı oyun cədvəli müəyyənləşib.

Bu barədə İdmanxeber.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Millinin oyunlarının təqvimi:

2025-ci il

27 noyabr

Makedoniya – Azərbaycan

30 noyabr

Azərbaycan – Lüksemburq

2026-cı il

27 fevral

İrlandiya – Azərbaycan

2 mart

Azərbaycan – Makedoniya

2 iyul

Lüksemburq – Azərbaycan

5 iyul

Azərbaycan – İrlandiya

Qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksəlir.

Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq.

Seçilən
28
5
idmanxeber.az

9Mənbələr