AZ

Zelenski: “Putin Donbası ala bilməyəcək” - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ABC telekanalına müsahibəsində Rusiya prezidentinin Donbasla bağlı planlarını şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Tramp administrasiyasının xüsusi nümayəndəsi Stiv Uitkoffa bu ilin sonuna qədər Donbası tam işğal edəcəyini bildirib.
Zelenski isə bu planın reallaşmayacağını vurğulayıb:

“Putin deyib ki, ili bitirməzdən əvvəl Donbası alacaq. O, bunu edə bilməyəcək. Bunun qiyməti illərlə davam edən müharibə və milyonlarla insanın həyatı hesabına ola bilər. Əgər bunu daha sürətlə həyata keçirməyə qərar verərsə, onda bir milyon yox, iki-üç milyon insan həlak olacaq.”

Zelenski əlavə edib ki, Rusiya bu işğal planlarını reallaşdırmaq üçün savaşın miqyasını genişləndirməyə və insan itkisini artırmağa hazırdır. Lakin Ukrayna xalqı öz torpaqlarını qorumaqda qətiyyətlidir.


Bizim.Media

Seçilən
19
1
bizim.media

2Mənbələr