“İspaniya səfirliyi Təl-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözəri İspaniyanın Baş nazir müavini, Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz deyib.
Baş nazir Pedro Sançesin Qəzzadakı soyqırıma görə İsrailə qarşı 9 maddəlik sanksiya paketi elan etməsinə münasibət bildirən Diaz deyib: “Bunun üçün biz hökumətdəyik. Keçən həftə bunu koalisiya ortağımıza (böyük ortağımız Sosialist Fəhlə Partiyası) bildirmişdik. Ölkəmiz soyqırımın qarşısını almaq üçün daha çox şey etməli idi”.
Diaz həmçinin Fələstinə verdikləri dəstəyə və İsrailə sanksiya tətbiq olunması üçün hökumətlərə təzyiq göstərən vətəndaş cəmiyyəti təşkilatlarına da təşəkkür edib.