Bakı, 9 sentyabr, AZƏRTAC
Qlobal nizamın sabit olmadığı bir dövrdə görüşürük. Gördüyünüz kimi, kibertəhlükəsizlik təhdidləri iqtisadiyyatları və bir çox sahələri sarsıtmaqdadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sammitinin “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzusundakı sessiyasında Asiya Araşdırmaları İnstitutunun direktor müavini Jirayudh Sinthuphan deyib.
“AQEM-in təsirli institut olması üçün inklüziv idarəetməyə üstünlük verilməli, institusional islahatlar aparılmalıdır. Biz AQEM-i sülh və rifahın ortaq qoruyucusu kimi göstərməliyik”, - deyə o əlavə edib.