AZ

Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə?

Bakı. Trend:

2025-ci il sentyabrın 8-də Rusiyanın XİN başçısı Sergey LavrovunMGİMO tələbələri qarşısındakı çıxışı diplomatik dilin geosiyasidəyişikliklərdən doğan dərin narazılığı ifadə etmək üçün necəistifadə oluna biləcəyinin bariz nümunəsinə çevrildi. O,Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqtonrazılaşmalarını tənqid edərək formal şəkildə tərəflərin müstəqilşəkildə saziş imzalamaq hüququnu tanıdı, amma faktiki olaraq busənədlərin yaşarlılığını və əhəmiyyətini şübhə altına aldı. Beləmövqe emosional qiymətləndirmələrdən və qərəzdən azad, obyektivtəhlil tələb edir.

Azərbaycanla Ermənistan arasında sülh prosesi mürəkkəb tarixəmalikdir.

Avqustun 8-də imzalanmış saziş 2020–2022-ci illərdə Rusiya,Ermənistan və Azərbaycan prezidentləri arasında əldə olunmuşrazılaşmaların məntiqi davamı idi. Fəqət sonrakı hadisələr göstərdiki, Moskva bu prosesi sonadək aparmaq istəmədi, yaxud aparabilmədi.

Rusiya ilə ABŞ yanaşmaları arasındakı əsas fərq suverenlikməsələsinə münasibətdə üzə çıxdı. Rusiya Cənubi Qafqazı hər zamanözünün xüsusi maraqlar zonası kimi qəbul edirdisə, ABŞbərabərhüquqlu tərəfdaşlıq xəttini seçdi. Vaşinqton razılaşmalarıyalnız təhlükəsizlik məsələlərini deyil, həm də iqtisadiəməkdaşlığı nəzərdə tutur. Xüsusilə də “Beynəlxalq sülh və rifahnaminə Tramp marşrutu” (TRIPP) layihəsi Azərbaycanı Naxçıvan MuxtarRespublikası ilə Ermənistan ərazisi vasitəsilə birləşdirəcək.

Skeptisizmin anatomiyası əslində Moskvanın regiondakıdavranışlarını anlamaq üçün açar rolunu oynayır. Rusiya XİN rəhbəriSergey Lavrovun “uyğunlaşdırılmamış bəndlər” barədə açıqlaması ilkbaxışda texniki çətinlik kimi görünə bilər, amma faktiki olaraq bu,diplomatik ritorika vasitəsilə daha dərin siyasi motivlərin üstünüörtmək cəhdidir.

Əgər Vaşinqton bəyannaməsinin açıq mənbələrdə dərc olunmuş mətnidiqqətlə oxunarsa, sənədin məhz yüksək peşəkarlıqla hazırlanmışolduğu görünür. Orada beynəlxalq hüquq normalarına uyğun olaraqəsas prinsiplər sadalanır: tərəflərin qarşılıqlı əraziiddialarından imtinası, kommunikasiya xətlərinin açılması,beynəlxalq nəzarət mexanizmlərinin tətbiqi və nəhayət, ATƏT-inMinsk qrupunun hüquqi olaraq bağlanması. Bütün bunlar göstərir ki,“uyğunlaşdırılmamışlıq” arqumenti daha çox ritorik xarakter daşıyırvə Moskvanın regiondakı vasitəçi rolunu itirməsinin pərdələnməsiməqsədinə xidmət edir.

Moskva üçün əsas problem geosiyasi inhisarın dağılmasıdır.İllərlə Cənubi Qafqazda “əsas moderator” statusunda çıxış edənRusiya indi Qərbin, xüsusən də ABŞ-ın təşəbbüsləri fonunda ikinciplana keçmək təhlükəsi ilə üz-üzədir. Vaşinqton bəyannaməsi yalnızdiplomatik çərçivə deyil, həm də iqtisadi maraqların yenidənbölüşdürülməsini ehtiva edir. Məsələn, TRIPP layihəsi həyatakeçdikdə, ənənəvi olaraq Rusiyanın nəzarətində olan nəqliyyatmarşrutlarına ciddi alternativ formalaşacaq. Bu, təkcə tranzitgəlirlərinə zərbə vurmayacaq, həm də Moskvanın Cənubi Qafqazüzərindəki iqtisadi təsir mexanizmini zəiflədəcək.

Ermənistan konteksti isə bu prosesdə ayrıca diqqət tələb edir.Burada sülhün qəbul edilməsi və ya rədd olunması birbaşa ictimairəyin dəyişməsindən asılıdır.

"GALLUP International Association"n Ermənistan üzrə ofisininkeçirdiyi sorğuların nəticələri maraqlıdır: əgər 2024-cü ildəəhalinin 80,3 faizi Azərbaycanın tələbi ilə Konstitusiyayadəyişiklik edilməsinin əleyhinə idisə, bu göstərici 2025-ci ildə 58faizə enib. Bu, yalnız statistika deyil, həm də cəmiyyətin realtransformasiyasını göstərir.

Baş nazir Nikol Paşinyan ictimai şüuru dəyişmək üçün ardıcıladdımlar atır və illərlə kök salmış “Qarabağ Ermənistana məxsusdur”mifini dağıtmağa çalışır. Bu, həm Ermənistan daxilində, həm də onunxarici dayaqları üçün ciddi sınaqdır.

Ermənistanın siyasi elitası isə parçalanmış vəziyyətdədir.Keçmiş prezidentlər Serj Sarqsyan və Robert Köçaryan, eləcə dəsabiq XİN rəhbəri Vardan Oskanyan revanşist ritorikadan istifadəedərək Paşinyanı tənqid edirlər. Moskva da məhz bu daxiliparçalanmadan yararlanmağa çalışır. Çünki “Qarabağ klanı” iləənənəvi yaxınlıq Rusiyaya həm ideoloji, həm də siyasi dayaq rolunuoynayıb. İndi bu klanın zəifləməsi Moskvanın Ermənistandakıtəsirini sarsıdır və nəticədə Kreml Vaşinqtonun təşəbbüslərinəqarşı daha aqressiv ritorika ilə çıxış edir.

Deməli, Lavrovun “uyğunlaşdırılmamış bəndlər” iddiası sadəcədiplomatik manipulyasiyadır. Əslində Moskvanı narahat edən amillərçoxşaxəlidir: geosiyasi monopoliyanın itirilməsi, iqtisadimarşrutların dəyişməsi, Ermənistandakı müttəfiq elitanın zəifləməsivə ən başlıcası, Cənubi Qafqazın Rusiya üçün “idarə olunan böhranzonası” statusundan çıxaraq Qərbin təsirinə daxil olması. Busəbəbdən skeptisizm yalnız bəyanatlarda deyil, həm də Moskvanınbütün strateji davranışında özünü göstərir.

Erməni diasporunun rolu və informasiya müharibəsi mövzusundamənzərə bir neçə paralel xətt üzrə formalaşır: pul, lobbi, media vəküçə aksiyası.

Qərbdə kök atmış erməni diasporu Vaşinqton xəttini gözdən salmaqüçün bu dörd aləti sistemli şəkildə birləşdirir: Konqresdə"Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin bərpası və onun üzərindəntəzyiq mexanizmləri, Paris və Brüsseldə sanksiya çağırışlarınıqızışdıran qərar layihələri, analitik institutlar və mass-mediavasitəsilə narrativin çərçivələnməsi, bəzən də səfirlik və icmamərkəzlərini hədəfləyən sərt aksiyalar. Bu, Cənubi Qafqazgündəminin Qərb platformalarında emosional–ideoloji paketdəsatılmasına hesablanmış klassik informasiya–psixolojiəməliyyatdır.

Erməni diaspor şəbəkələri radikal əhval-ruhiyyəni qızışdırır,lakin münaqişə riski doğuran xəttin real nəticələrinə özləri cavabvermirlər; məqsəd siyasi qiyməti mümkün qədər Bakının üzərindəsaxlamaqdır. Bu mühitdə məlumatın dili fakt deyil, təzyiqdir.

ABŞ xəttində əsas təzyiq vektoru ANCA və ona bağlıtəşəbbüslərdir: Konqresdə Azərbaycana hərbi-siyasi yardımınməhdudlaşdırılması, 907-ci düzəlişin ləğvinə mane olmaq üçünmexanizmlərinişə salınması çoxsaylı məktublar və aktlar dövriyyəyəburaxılıb. Məsələn, “Armenian Protection Act” layihəsi təqdimolundu, eyni xətt boyunca Barbara Lee və həmfikirləriadministrasiyanı yardımı dayandırmağa çağırdılar; ANCA 2024–2025-ciillərdə sanksiya və 907-nin tam tətbiqi kampaniyalarını ardıcılşəkildə genişləndirdi. Lakin 2025-ci il avqustun 15-də FederalReyestrdə dərc edilmiş Prezident memorandumu 907 üzrə güzəştinuzadıldığını göstərdi - bu isə diaspor təzyiqinin ABŞ icrahakimiyyətinin real siyasətini hər dəfə müəyyən etmədiyinifaktoloji göstərir.

Avropada ermənilərin əsas meydanı Fransadır. 2024-cü il yanvarın17-də Fransa Senatı 336–1 səslə məhz Bakıya qarşı sanksiyaçağırışları daxil olan sərt qətnamə qəbul etdi; bu sənəd rəsmiLégifrance və Senatın səsvermə protokolunda təsbit olunub. Eynixətt 2025-ci ildə Milli Assambleyada da davam etdi: İrəvanlahəmrəylik, “ingiransiya” arqumenti və Baku Initiative Group-labağlı siyasi diskurs Parisin daxili gündəminə daşındı. Bu aktivizmfonunda küçə səviyyəli sərt aksiyalar da müşahidə olundu - ParisdəAzərbaycan səfirliyinə hücumlar barədə Fransa tərəfindən nota alanxəbərlər yayıldı. Bu blok parçaları diasporanın Fransadamedia–parlament–küçə üçbucağını necə işlətməsini açıq göstərir.

Brüsseldə xətt Avropa Parlamenti vasitəsilə qurulur: 2023–2024qətnamələri çərçivəsində Bakının insan haqları üzrə sərt tənqidi,sanksiya çağırışları və “etnik təmizləmə” ritorikası genişleksikona çevrildi. 2024-cü ilin oktyabrında qəbul edilən mətnlər,eləcə də 2025-ci ilin yaz-yay aylarında səsləndirilən çağırışlarkampaniya məntiqinin Avropa siyasi gündəminə sistemli daşınmasınıtəsdiqləyir. Bu, diaspor təsirinin “normativ Avropa” diskursunabağlanmasıdır: hüquqi–etik söz bazası üzərindən informasiyaməkanında Bakıya qarşı reputasion üstünlük qazanmaq.

Narrativin çərçivələnməsi təkcə lobbi və qətnamələr vasitəsiləgetmir; Fransadakı institutlar və analitik platformalar da diskursuformalaşdırır. 2024–2025-ci illərdə dərc olunan çoxsaylımateriallarda “Azərbaycanın Fransaya qarşı informasiya müharibəsi”kimi başlıqlar dolaşdı; bu mətnlərdə Paris–İrəvan yaxınlaşmasılegitimləşdirilir, Bakı isə reputasion geriləməyə çəkilir. Bu xəttdiaspor şəbəkələri üçün “ikinci cəbhə”dir: siyasəti məhz medianındilində təsvir edib qərarvericilərə normativ təzyiq yaratmaq. Eynizamanda, Fransa tərəfindən İrəvana silah satışı ilə bağlı rəsmiaçıqlamalar və bunun Bakı–Paris xəttində gərginliyə səbəb olmasıinformasiya müharibəsinin arxa fonunu təşkil etdi.

Bütün bunların fonunda strateji reallıq nədir?

Birincisi, ATƏT-in Minsk Qrupunun ləğvi qərarı: 2025-ci ilsentyabrın 1-də qəbul edilən qərarla Qrup və əlaqədar strukturlarınləğvi 1 dekabr 2025-dən gec olmayaraq tamamlanmalıdır. Bu, Qərbdəkidiaspor mərkəzlərinin illərlə yapışdığı “köhnə formatın” tarixibağlanışıdır. Maraqlıdır ki, məhz diasporun aparıcı qurumları buqərarı qınadılar, amma qərar dəyişmədi - yəni, lobbi səsi böyükolsa da, institusional qərarları hər zaman diktə edə bilmir.

İkincisi, Vaşinqton xəttinin gedişi. 2025-ci il avqustun 8-dəABŞ prezidenti Trampın vasitəçiliyi ilə keçirilən görüşünnəticələri - sülh mətninin paraflanması və liderlərin birgəbəyanatı - Avropa Parlamentində və Brüssel platformalarındaalqışlandı. Eyni zamanda, ANCA və ona bağlı media şəbəkələri həminçərçivəni dərhal tənqid etdi: “artsaxın (Qarabağın) geri dönüşü,əsirlərin dərhal azad edilməsi, təhlükəsizlik zəmanətləri” kimişərtlər irəli sürüldü. Bu faktiki olaraq diasporanın Vaşinqtonsazişlərini gözdən salma kampaniyasının açıq fazası idi. Lakinrəsmi instansiyaların - ABŞ və Aİ-nin - siyasi xətti dəyişməməsiyenə də təsir limitini göstərdi.

Üçüncüsü, küçə və şəbəkə səviyyəsində informasiya əməliyyatları:sosial mediada koordinasiyalı gündəmqurma, “hüquq–mədəni irs”çətirində emosional leksikon, eyni zamanda səfirliklərə, icmaməkanlarına yönələn sərt aksiyalarla görüntü yaratmaq. Bu taktikaqısa müddətdə səs-küy yaradır, lakin uzunmüddətli institusionalnəticə nadir hallarda verir; Fransa Senatı kimi siyasistrukturların qətnamələri olsa da, ATƏT formatının bağlanması vəVaşinqton xəttinin irəliləməsi kimi strateji hadisələr bu səs-küyünüstündən keçir.

Nəhayət, informasiya müharibəsində balanslı cavab. Azərbaycanınüstünlüyü odur ki, faktiki vəziyyət Bakının tərəfindədir: ərazibütövlüyü bərpa olunub, sərhədin demarkasiyası üzrə addımlar davamedir, Qərb platformalarında sülh mətni üzərində real işləmə gedir.Bu reallığı qorumağın yolu emosional ritorika ilə yox, diaqnostikkommunikasiya, hüquqi–siyasi arqumentasiya və çevikdiplomatiyadır.

Bunun üçün diasporada informasiya mərkəzlərininpeşəkarlaşdırılması, Qərb mediasında dayanıqlı ekspert şəbəkəsininqurulması, faktqraundlu materialların (mənbəli, sənədləşdirilmiş)ingilis və fransız dillərində ardıcıl istehsalı vacibdir. Eynizamanda, ABŞ xəttində 907 üzrə hüquqi–texniki mübahisələrifaktoloji əsaslandırma ilə izləmək, Aİ platformalarında isəBrüsselin sülh gündəminə dəstək verən rəqəmsal diplomatiyanısistemli etmək gərəkdir.

Diasporanın yüksək səsli kampaniyaları institusional qərarlarıhər dəfə müəyyən etmir; həlledici olan fakt, hüquq və diplomatikmexanizmlərin ardıcıllığıdır.

Vaşinqtonda 8 avqust 2025-ci ildə imzalanmış Bəyannamə CənubiQafqazda qüvvələr balansını faktiki olaraq yenidən kurguladı. ABŞprezidenti Trampın himayəsi ilə Azərbaycan və Ermənistan arasındasülh sazişinin mətni paraflandı, ATƏT-in Minsk Qrupunun ləğvi üçünbirgə müraciət edildi və ən əsası, Naxçıvanla Azərbaycanın əsashissəsini Ermənistan ərazisi üzərindən birləşdirəcək TRIPP (TrumpRoute for International Peace and Prosperity) layihəsi üzrə çərçivərazılaşdırıldı. Bəyannamədə açıq şəkildə bildirildi ki, bu əlaqəErmənistanın suverenliyi və yurisdiksiyası əsasında təmin olunacaq;Ermənistan ABŞ və seçilmiş tərəfdaşlarla TRIPP-in çərçivəsinihazırlayacaq. Bu fakt Qərbin bölgəyə uzunmüddətli stratejiöhdəliyini təsdiqlədi və Rusiya üçün simvolik məğlubiyyətdən dahaartıqdı. Moskva artıq vasitəçi mövqeyini itirir, ABŞ isə bölgəninoyun qaydalarını yazan əsas gücə çevrilir.

Lavrovun skeptik bəyanatları da əslində sənədin məzmunundan çoxbu geosiyasi dəyişikliklərdən qaynaqlanır. O, Vaşinqton prosesinə“şübhəli PR” damğası vurmağa çalışsa da, əsl narahatlıq2020–2022-ci illərdə Rusiya vasitəçiliyi ilə qurulmuş parametrlərinindi ABŞ platformasında reallığa çevrilməsidir. Kreml uduzan “birsaziş” deyil, postsovet məkanında uzun illər dayaq olmuşmünaqişələr üzərindən təsir mexanizmidir. 2024-cü ilin aprelindəsülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması vəAğdamdakı Türkiyə-Rusiya monitorinq mərkəzinin bağlanması,Ermənistanın isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında(KTMT) fəaliyyətini dondurması bu tendensiyanı aydın göstərir.Rusiya faktiki olaraq özünün əsas alətlərindən məhrum olur.

Vaşinqton razılaşmalarının strateji məğzi bir neçə əsas sütunadayanır. Birincisi, sülhün hüquqi bazası yaradılır: tərəflərsuverenliyi və ərazi bütövlüyünü qarşılıqlı tanıyır, Minskmexanizminin bağlanmasına çağırış edilir. Bu, sonsuz vasitəçilikdövrünü arxada qoyur. İkincisi, TRIPP layihəsi Ermənistan qanunlarıçərçivəsində, ABŞ-ın uzunmüddətli idarəetmə hüquqları ilə həyatakeçiriləcək və təkcə yol və dəmir yolu deyil, enerji və fiber-optikxətlərin də inteqrasiyasını nəzərdə tutur. Bu, Zəngəzur üzərindənTürkiyə–Azərbaycan–Mərkəzi Asiya qovşağını birləşdirəcək. Üçüncüsü,layihə Orta Dəhlizlə sinxronlaşaraq Qərbin bölgədəki logistiküstünlüyünü gücləndirəcək və Rusiya-İran təsirini zəiflədəcək.

Ermənistanın daxili siyasi vəziyyəti isə prosesin ən zəifhəlqəsi olaraq qalır. Tavuş–Qazax sahəsində dörd kəndin Azərbaycanaqaytarılması və 6,5 km² ərazinin bərpası etimad üçün mühüm addımidi, amma İrəvanda etirazları artırdı. Ermənistan cəmiyyətikonstitusiya düzəlişləri, referendum və seçkilər ərəfəsindəparçalanır. Moskva isə revanşist qüvvələrə arxa durmaqla buzəifliyi dərinləşdirməyə çalışır.

Azərbaycan isə ardıcıl və praqmatik xətt tutur. 2023-cü ilinantiterror əməliyyatından sonra sərhədin mərhələli delimitasiyasıilə praktiki etimad addımları atıldı, sülhməramlıların çıxarılmasıilə isə bölgədəki təhlükəsizlik boşluğu yaranmadı, əksinə,məsuliyyət bilavasitə region ölkələrinin üzərinə keçdi. Bakı hərbiqələbəni diplomatik və institusional çərçivəyə çevirərəküstünlüyünü möhkəmləndirdi.

İqtisadi və logistik tərəfdən TRIPP artıq mövcud yüksəlişxəttinə qoşulur. 2024-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi4,1 milyon tona çatdı, Bakı–Tbilisi–Qars xəttinin gücü isə beş dəfəartırıldı. Bu, TRIPP-in kağız üzərində qalmayacağını, əksinə mövcudartım trayektoriyasını sürətləndirəcəyini göstərir. Enerjisahəsində də potensial böyükdür: BTC-nin ötürmə gücü və Qazaxıstanneftinin Bakı marşrutu ilə artırılması planları Qafqazı daha damühüm tranzit qovşağına çevirir.

Risklər də mövcuddur. Ermənistanın daxili müqaviməti referendumavə ratifikasiyaya mane ola bilər. Rusiya və İran informasiyamüharibəsi və sərhəd insidentləri ilə sabotaj cəhdlərinə əl atabilər. TRIPP-in idarəetmə və gömrük protokolları aydıntənzimlənməsə, layihə icra problemləri ilə üzləşə bilər. Buna görəAzərbaycanın əsas vəzifələri TRIPP-in təhlükəsiz və səmərəliicrasına nəzarət, erməni cəmiyyətində konstruktiv qüvvələristimullaşdırmaq, revanşizm və təxribatların qarşısını almaq vəregional təhlükəsizlik arxitekturasını ardıcıl qurmaqdır.

Moskvanın skeptisizmi başadüşüləndir, amma artıq tarixiproseslər geri dönməzdir. Sülhün hüquqi bazası formalaşıb, tranzitcoğrafiyası Qərb kapitalı ilə yenilənir, Rusiya isə vasitəçi rolunuitirir. Azərbaycan isə hərbi qələbəni diplomatik uğura çevirməkləCənubi Qafqazda həlledici aktora çevrilib. İndi əsas məsələ bukursu texniki dəqiqliklə icra etmək və yeni regional arxitekturanıardıcıl inşa etməkdir. Cənubi Qafqaz dəyişir və bu dəyişikliklərinmərkəzində Azərbaycan dayanır.

Seçilən
32
5
az.trend.az

6Mənbələr