AZ

Azərbaycanda üztanıma ilə ödənişlərin tətbiqi: Yeni dövr başlayır

Azərbaycanda rəqəmsal xidmətlərin inkişafı yeni mərhələyə qədəm qoyur. Artıq ilk dəfə olaraq bəzi dəmir yolu stansiyalarında ödənişlər “Sima Pay” üztanıma texnologiyası ilə test edilib. Bu, vətəndaşların nə nağd pul, nə də kartdan istifadə etmədən, yalnız üzlərini sistemə tanıtmaqla ödəniş həyata keçirməsinə imkan yaradır.

Bu barədə məlumatı “Azintelecom”un şöbə müdiri Tamerlan Məşədihəsənli “Azintelecom-un rəqəmsal xidmətləri medianın gözü ilə” adlı tədbirdə verib. Onun sözlərinə görə, test mərhələsinin uğurlu nəticələri texnologiyanın daha geniş miqyasda tətbiqi üçün yeni imkanlar açır.

Yaxın gələcəkdə üztanıma ilə ödənişlər yalnız dəmir yolu stansiyaları ilə məhdudlaşmayacaq. “Azintelecom” supermarketlər şəbəkələri ilə danışıqlar aparır və çox güman ki, vətəndaşlar yaxın zamanda alış-verişdə də üz tanıma sistemi ilə ödəniş edə biləcəklər.

Planlara görə, bu texnologiya bankomatlarda, metro və avtobuslarda da tətbiq olunacaq. Beləliklə, ictimai nəqliyyatda ödənişlər xeyli sürətlənəcək, bank xidmətlərində isə təhlükəsizlik daha yüksək səviyyəyə qalxacaq.

Üztanıma texnologiyası vətəndaşlara bir sıra mühüm rahatlıqlar gətirir:

Təhlükəsizlik: Kart oğurluğu və fırıldaqçılıq riski azalır.

Sürət: Xüsusən də ictimai nəqliyyatda ödəniş prosesi daha operativ olur.

Seçilən
39
aznews.az

1Mənbələr