“Milan”ın yarımmüdafiəçisi Yasin Adli bu gün Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda tibbi müayinədən keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu 25 yaşlı futbolçunun satışından 7 milyon avro əldə edəcək.
Fransalı futbolçu cari mövsümdə hələ “Milan”ın heyətində oynayıb-oynamayıb. Transferdən sonra onun maaşının əvvəlkindən üç dəfə çox olacağı bildirilir.