AZ

Onunla ömürlük müqavilə imzalansın - Di Mariaya kimi deyir?

Argentina millisinin sabiq yarımmüdafiəçisi Anxel Di Mariya maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, baş məşqçi Lionel Skaloni ilə ömürlük müqavilə imzalamağı təklif edib:

“Biz Skaloni ilə ömürlük müqavilə imzalamalıyıq. Onun qazandıqları, etdiyi işlər, üzə çıxardığı oyunçuların sayı inanılmazdır. Ümid edirəm ki, o, hələ uzun illər komandada qalacaq”.

Xatırladaq ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisinin baş məşqçisidir. Onun rəhbərliyi altında komanda böyük uğurlar qazanıb: 2021-ci ildə Amerika Kubokunu, 2022-ci ildə dünya çempionluğunu əldə edib, 2024-cü ilin yayında isə yenidən Amerika Kubokunun qalibi olub.

Seçilən
22
publika.az

1Mənbələr