Bu ilin yanvar-iyul aylarında ölkəmizdə 133,6 min ton maye qaz istehsal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 16,7 faiz və ya 19,1 min ton çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, cari ilin iyun ayı ilə müqayisədə isə iyulda istehsal həcmində 5 faiz və ya 1 min ton artım qeydə alınıb. İyul ayında 21 min ton maye qaz istehsal edilib.
Avqust ayının 1-nə hazır məhsul ehtiyatı 3,2 min ton təşkil edib.