Olaylar.az xəbər verir ki, bu fikirləri o, Çin Xalq Respublikasına rəsmi səfərlə gələn Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə görüşündə səsləndirib. "Beynəlxalq vəziyyət nə qədər qarışıq və çətin olsa, bir o qədər də Çin və Aİ əlaqələri və qarşılıqlı etimadı gücləndirməli, əməkdaşlığı genişləndirməlidirlər. Ümid edirik ki, Portuqaliya Çin-Aİ tərəfdaşlığının möhkəmlənməsi mövqeyində dayanacaq, münasibətlərin davamlı, sabit və sağlam inkişafına töhfə verəcək" - deyə Si Cinpin vurğulayıb. Onun sözlərinə görə, dünya yenidən dəyişikliklər və sarsıntılar dövrünə qədəm qoyur. Çin isə Portuqaliya ilə çoxşaxəli əməkdaşlığa hazırdır: "Biz birlikdə həqiqi çoxtərəfliliyi təşviq etməyə, BMT-nin nüfuzunu və azad ticarət sistemini qorumağa, daha ədalətli və məntiqli qlobal idarəetmə sisteminin qurulmasına çalışacağıq".
Qeyd edək ki, Portuqaliyanın Baş naziri Luis Monteneqro sentyabrın 8-dən 10-dək Çində səfərdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31