Azərbaycan Kubokunda 2025/26 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Msport.az xəbər verir ki, tədbir 17 sentyabr tarixində “Holiday INN” otelində baş tutacaq. Saat 15:00-da başlanacaq tədbir “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Kubokunun 2025/26 mövsümündə 34 komanda iştirak edəcək.