Sentyabrın 4-də ölkə hakimiyyəti “WhatsApp”, “Facebook”, “Instagram”, “WeChat”, “YouTube” və “LinkedIn” də daxil olmaqla 26 platformanın istifadəsini qadağan edib. Bu qərarı kəskin tənqid edən hüquq müdafiəçiləri bunu senzura forması və söz azadlığının pozulması kimi qiymətləndiriblər.
Sentyabrın 8-də ölkənin paytaxtı Katmanduda, habelə Poxara və digər şəhərlərində korrupsiyaya və sosial şəbəkələrin bloklanmasına qarşı kütləvi etirazlar başlayıb. Etiraz aksiyaları çox tezliklə toqquşmalara çevrilib: paytaxtda etirazçılar parlament binasının yaxınlığındakı hasarları aşaraq polisi geri çəkilməyə məcbur ediblər.
Bunun cavabında hüquq-mühafizə orqanlarının əməkdaşları etrirazçılara atəş açıblar. Rəsmi məlumata görə, nəticədə 19 nəfər həlak olub, 145 nəfər isə yaralanıb.
Qanlı hadisələrdən sonra hökumət güzəştə getməyə məcbur olub. Ölkənin Rabitə və İnformasiya Texnologiyaları naziri Prithvi Subba Qurunq sosial mediaya qoyulan qadağanın aradan qaldırıldığını açıqlayıb. Eyni zamanda Katmanduda komendant saatı tətbiq edilib.
Nepalda keçirilən etiraz aksiyası 1995-2010-cu il təvəllüdlü gəncləri fəal şəkildə əhatə etdiyi üçün artıq “Z nəsli hərəkatı” adlandırılıb.
Bu arada, Nepalın baş naziri Şarm Olinin istefa verdiyi barədə məlumat yayılıb.
- Nepal hökumətinin üzvləri ölkədəki etirazlara görə mülki uçuşlar üçün fəaliyyətini dayandıran Katmandu Beynəlxalq Hava Limanına hərbi helikopterlərlə təxliyə edilir”, - “India Today” telekanalı, öz növnbəsində, bildirib.
Əməliyyatda ən azı beş helikopter iştirak edir. Hava limanında isə ən azı 300 hərbçi yerləşdirilib. Telekanalın məlumatına görə, baş nazir Şarma Olinin təxliyəsi də mümkündür.
— Ahmadov (@BigAhmadov) September 9, 2025
Sahil İsgəndərov
AzVision.az