AZ

Deputat şəhid ailəsini ziyarət edib- ÖZƏL

Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun və şəhid Xanməmmədov Hüseyn Mayis oğlunun ailələrini ziyarət etdik. Onların qayğı və müraciətlərini dinlədim.
Daha sonra Gözbarax kəndində vətəndaş qəbulu keçirdik. Qaldırılan məsələlərin bir qismi yerində həll olundu, digərləri isə aidiyyəti qurumlara yönləndirildi.
Şəhid ailələri və vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr