Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Braziliyalı dünya ulduzu Neymarın türkiyəli fubol məşqçisi Hikmət Karaman barədə paylaşımı diqqət çəkib.
Milli.Az xəbər verir ki, 2015-ci ildə keçirilən "Çaykur Rizespor" - "Gençlerbirliği" oyunu zamanı yaşanmış penalti mübahisəsi illər sonra sosial şəbəkədə yenidən gündəmə gəlib.
Bu anlara dair ulduz futbolçu Neymarın paylaşımı isə sosial şəbəkələrdə böyük əks-səda doğurub.Sosial şəbəkələrdə "Türk futboluna damğa vuran an" qeydi ilə paylaşılan görüntülər qısa zamanda viral olub. Video cəmi üç gün ərzində 12,3 milyon baxış və 1 milyon bəyəni toplayıb. Neymarın bu paylaşımı futbol ictimaiyyəti və azarkeşlər arasında geniş müzakirələrə səbəb olub.
Hüseyn
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.