AZ

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir - Spiker

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda xüsusi iclasında çıxışı zamanı deyib.

Spiker vurğulayıb ki, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir.

S.Qafarova ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına da toxunaraq bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb.

"Regionumuzda uzunmüddətli sülh və əməkdaşlıq üçün təməl yaradılmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyası və liderliyinin bariz göstəricisidir", - deyə o qeyd edib.

Seçilən
46
6
day.az

10Mənbələr