AZ

Zelenski Putinin planını açıqladı: Amerikalılara açıq şəkildə deyib ki...

BAKI, 9 sentyabr. TELEQRAF

“Vladimir Putin ABŞ-yə ilin sonuna qədər bütün Donbas bölgəsini ələ keçirəcəyini bildirib”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri Rusiyanın dörd ildir bu regionu ələ keçirə bilmədiyini vurğulayıb.

“Dörd ildir bunun üçün çalışırlar, indi isə 3-4 aydan bəhs edirlər. (Putin) Amerikalılara, prezident Trampın nümayəndəsinə (Stiven Uitkoff) ilin sonuna qədər bütün Donbası alacağını söyləyib. Götürə bilməyəcək”, - Zelenski bildirib.

Prezident həmçinin Rusiyanın müharibə başlayandan bəri Moskvanın Donbasın 70 faizini ələ keçirməsi ilə bağlı iddialarını təkzib edib. Zelenski qeyd edib ki, bu cür iddialar Rusiyanın manipulyasiyasıdır.

Seçilən
83
teleqraf.com

1Mənbələr