AZ

Polis paytaxtda talama cinayətləri törədən şəxsləri saxlayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 9 sentyabr, AZƏRTAC

Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək içərisində 1600 manat və qızıl-zinət əşyaları olan çantalarının talanması barədə məlumat veriblər.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ş. Hüseynov və L. Əliyeva müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Nizami rayonunda da olub. Rayon ərazisindəki ticarət mərkəzlərinin birində çalışan satıcının içərisində pul, qızıl-zinət əşyası, bank kartı və sənədlər olan çantanı talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 59 yaşlı Z. Bayramova da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
5
azertag.az

8Mənbələr