BAKI, 9 sentyabr. TELEQRAF
Vaşinqtonda qəbul edilən sənəd Prezident İlham Əliyevin diplomatik bacarığının bariz nümunəsidir.
Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən xüsusi sessiyasında Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, 2020-ci ildəki tarixi qələbədən sonra Azərbaycana qarşı AŞPA və Avropa Parlamenti tərəfindən ədalətsiz yanaşmalar var idi: Vaşiqntonda məhz bu ədalətsizliyə layiqli cabvab verildi”.
Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyev dünya liderlərini indi təyyarə ilə Qarabağa aparır.