Msokva "Spartak"ı "Fənərbaxça"nın müdafiəçisi Aleksandr Cikunu transfer edib.
QOL.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Qanalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Ciku 2023-cü ilin yayından "Fənərbaxça"da çıxış edirdi. 31 yaşlı mərkəz müdafiəçisi komandanın heyətində keçirdiyi 51 oyunda 3 qol vurub.