ain.az, Bizim media portalına istinadən məlumat yayır.
“Sabah” heyətini polşalı futbolçu ilə gücləndirəcək.Bizim.Media xəbər verir ki, bakılılar sol cinah müdafiəçisi Timoteuş Puçaxla anlaşıb.Onunla bütün məsələlərdə razılığa gəlinib.Puçax hazırda müqavilə ilə Almaniyanın “Holştayn Kil” klubuna məxsusdur. O, icarə əsasında Azərbaycan klubunda oynayacaq.Qeyd edək ki, Timoteuş Puçax karyerasına “Lex” (Poznan) klubunda başlayıb. O daha sonra “Zaqlebie” və “Katoviçe”yə icarəyə verilib. 2021-ci ildə Almaniyanın “Yunion” (Berlin) klubuna keçib. Daha sonra “Trabzonspor”, “Panatinaikos” və “Kayzerslatuern”də icarədə olub. Ötən mövsümün əvvəlində “Holştayn Kil”ə keçib və İngiltərənin “Pleymut” klubuna icarəyə verilib. Bu mövsüm isə icarədən dönüb.Rəşad Rafiqoğlu, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.