AZ

Millimizin Avropa çempionatındakı oyunlarının vaxtı

Kişi basketbolçulardan ibarət millimizin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki oyun cədvəli müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, yığmamız ilk oyununa səfərdə çıxacaq. Komandamızın rəqibi Şimali Makedoniya olacaq. Basketbolçularımız son matçda isə evdə İrlandiyanı qəbul edəcəklər.

2025-ci il
27 noyabr

Şimali Makedoniya - Azərbaycan

30 noyabr
Azərbaycan - Lüksemburq

2026-cı il
27 fevral

İrlandiya - Azərbaycan

2 mart
Azərbaycan – Şimali Makedoniya

2 iyul
Lüksemburq - Azərbaycan

5 iyul
Azərbaycan - İrlandiya

Qeyd edək ki, qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək. Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri hesablanmayacaq.

Seçilən
35
5
football-plus.az

9Mənbələr