AZ

Nepalda etirazçılar Facebooku qadağan edən Baş naziri devirdilər

Nepal hökumətin  sosial medianın bloklanması qərarına etirazlar nəticəsində Baş nazir devrilib.

AzPost Reuters-ə istinadən bildirir ki, Nepalın baş nazirinin istefa verib.

“India Today”in məlumatına görə, rəsmiləri təxliyə etmək üçün hətta Bhaisepatinin iqamətgahından Tribhuvan hava limanına təxminən on helikopter uçub.

Sentyabrın 7-də hökumət Facebook, Instagram və YouTube daxil olmaqla 26 sosial şəbəkəyə girişi bloklamaq qərarına gəlib. Bu qərar korrupsiya ilə bağlı yaranmış narazılıqla birləşərək insanları küçələrə çıxarıb.

Sentyabrın 8-də etirazlar iğtişaşlara çevrilib: azı 19 nəfər həlak olub. Katmanduda polis parlamentə basqın etməyə çalışan etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçılar parlament binasını yandırmağa müvəffəq olublar.

AzPost.az

Seçilən
40
1
azpost.info

2Mənbələr