AZ

Hökumət binasına atılan İskəndər raketində ABŞ ın onlarla komponenti tapılıb

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Hökumət Evinə Rusiya "İskəndər" raketi (9M727) ilə zərbə endirib. Lakin raketin partlayıcı başlığı işə düşməyib.

Bizimyol.info xəbər verir ki, bunu prezidentin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasük bildirib.

Onun sözlərinə görə, Rusiya istehsal olan "İskəndər" raketində başda ABŞ olmaqla bir neçə olkənin komponentləri aşkar edilib.

Aşkar edilən komponentlər, və istehsalçı ölkələr:

Təxminən 35 ABŞ istehsalı komponenti,1 Yaponiya istehsalı,1 Böyük Britaniya istehsalı,1 İsveçrə istehsalı,5 Belarus istehsalı,57 Rusiya istehsalı.

Xarici istehsalçılar arasında "Texas Instruments", "Analog Devices və Altera"(ABŞ), "College Electronics" Ltd (Böyük Britaniya), "Fujitsu" (Yaponiya), "Traco Power" (İsveçrə), "İntegral" ASC (Belarus), "Mikron" ASC, "Proizvodstvennaya assotsiatsiya "Strela", "Angstrəm" ASC, "Eksiton" Tədqiqat və Layihə Bürosu, Karaçevski zavod "Elektrodetal" (Rusiya) yer alır.

Eyni zamanda, Vlasük qeyd edib ki, əvvəlki illərlə müqayisədə, raketlərdə daha az Avropa və ABŞ komponenti, lakin daha çox Rusiya və Belarus komponenti mövcuddur. Ukrayna bütün bu məlumatları sanksiyalara cavab olaraq tərəfdaşlarına təqdim edib.

Xatırladaq ki, 7 sentyabrda Rusiya ordusu Ukraynaya genişmiqyaslı zərbə endirib. Bir sıra bölgələrdə insanlar həlak olub və yaralanıb. Ukrayna üzərində rekord sayda hava hücum vasitəsi qeydə alınıb - 805 "Şahed" tipli pilotsuz uçan aparat və imitasiya edən dronlar, 9 "İskəndər-K" tipli qanadlı raket, 4 "İskəndər-M/KN-23" ballistik raket. İlk dəfə Hökumət binasına zərbə endirilib.

Rusiya rəhbəri Vladimir Putin Çinlə görüşdən qayıtdıqdan sonra, Si Cinpinqlə görüşündən sonra Ukraynaya qarşı müharibənin yeni mərhələsinin başladığını bildirib. Hökumət binasına edilən hücum bunu təsdiqləyir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr