AZ

Əfsanələr yenidən meydanda: Portuqaliya yığması dünya ulduzlarına qarşı

Sentyabrın 15-də Lissabonda xüsusi futbol şousu, əfsanələrin görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, "Joze Alvalade" stadionunda Portuqaliya əfsanələrinin yığması dünya ulduzlarının komandasına qarşı meydança çıxacaq.

Arenada təxminən 50 min azarkeşin iştirakı gözlənilir, milyonlarla tamaşaçı isə matçı onlayn və televiziya vasitəsilə izləyə biləcək. İştirakçılar arasında Luiş Fiqo və futbol tarixində iz qoymuş digər ulduzlar da olacaq.

Oyundan əldə olunacaq gəlirdən 1 milyon avrodan çox vəsaitin xeyriyyə layihələrinə yönəldilməsi planlaşdırılır.

Portuqaliya əfsanələri:
Baş məşqçi: Koştinya
Qapıçılar: Vitor Bayya, Betu
Müdafiəçilər: Pepe, Rikardo Karvalyu, Fabio Koentrao, Bosingva, Jorje Andrade, Elizeo, Brunu Alveş
Yarımmüdafiəçilər: Luis Fiqo, Deko, Dani, Simao, Manişe, Tyaqo Mendeş
Hücumçular: Nani, Kuarejma, Nunu Qomeş, Elder Poştiqa, Pauleta

Seçilən
59
publika.az

1Mənbələr