Hazırda Qarabağda çox böyük tikinti işləri gedir və məcburi köçkünlər yavaş-yavaş doğma yurdlarına qayıdırlar.
Füzuli şəhərinə də 3 min sakin köçüb. Çox abad və hər cürə şəraiti olan evlərdən artıq gülüş səsləri, uşaq qığıltıları eşidilir. Məktəb və uşaq bağçası da hazırdır, indi yeni Mərkəzi xəstəxana tikilir.
Millət vəkili Aqil Abbas sentyabrın 6-da Füzuli şəhərində olub, öz yurdlarına qayıdan sakinlərlə görüşüb. Sakinlərin problemlərini dinləyib, həmin problemləri lazımi təşkilatlara çatdıracağını deyib. Füzuli şəhərinin gələcəyi haqqında fikir mübadiləsi olub. Sakinlər millət vəkilindən onlara yaradılan bu gözəl şərait üçün respublikanın prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırmalarını xahiş ediblər.