Bunu təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda nəqliyyatda sıxlığın azaldılması məqsədi daşıyır:
“Pik saatlarda insanlar işə gedir, tələbələr universitetlərə, məktəblilər dərsə yollanır. Bu zaman isə yollarda ciddi tıxaclar yaranır. Dərs saatlarının bir qədər gec başlaması nəqliyyat yükünü bölüşdürə və tıxacların qarşısını ala bilər. Bu baxımdan, başqa ölkələrdə tətbiq olunan təcrübənin Azərbaycanda da nəzərdən keçirilməsi məqsədəuyğun ola bilər. Əgər çoxlu ölkələrdə belə qərarlar effektiv nəticə veribsə, Azərbaycanda da şagirdlərin rifahı və şəhərdaxili nəqliyyatın yüngülləşməsi üçün bu məsələ ciddi şəkildə müzakirəyə çıxarıla bilər”.
Leyla Turan
Demokrat.az