AZ

Ağlasığmaz hadisə: “Bizə oxşamır” deyə etiraz etdilər, amma dinləmədilər

Türkiyənin Diyarbəkir şəhərində özəl xəstəxanada dünyaya uşaq gətirən ailəyə başqa körpə verilib. Ailə tibb bacısına “Bu körpə bizə oxşamır” deyə israr etsə də, sözlərinə məhəl qoyulmayıb. Həqiqət isə evdə, körpənin qolundakı bilərzikdə yazılan adla üzə çıxıb.

Sherg.azxəbər verir ki, Mahsum Özkaya adlı vətəndaşın həyat yoldaşı 28 avqustda şəhərdəki özəl xəstəxanada qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirib. Körpədə infeksiya olduğu deyilərək, intensiv terapiya şöbəsinə yerləşdirilib.

Təxminən bir həftəlik müalicədən sonra Özkaya ailəsinə başqasının körpəsi verilib.

Ailə, verilən uşağın onlara aid olmadığını dəfələrlə söyləsə də, etirazları nəzərə alınmayıb. Körpəni evə gətirən ailə, paltarını çıxardıqda biləyində “Vesile D.” adının yazıldığını görüb.

Özkaya ailəsi həmin gün yad körpəni geri qaytararaq öz övladına qovuşub. Hadisə barədə Səhiyyə Nazirliyi və prokurorluğa şikayət ediblər.

Ata Mahsum Özkaya baş verənləri belə izah edib:

“Körpənin bizə aid olmadığını hiss etdik. Çünki bir həftə boyunca hər gün 3-4 dəqiqə də olsa körpəmizi görürdük, süd aparırdıq. Bizə aid olmadığını dedik. Amma tibb bacısı israrla "uşaq sizindir, geyindirdiyimiz paltara görə fərqli görünə bilər" dedi.”

Özkaya əlavə edib:

“Çıxış sənədlərinə imza atanda yenə də tərəddüd edirdim. Evə gəldik, körpənin paltarlarını çıxardıq. Onda gördük ki, bilərzikdə başqa uşağın adı yazılıb  - Vesile D. Yazılan ad başqa ailənin uşağına aid idi. Çox qorxduq, narahat olduq.”

Özkaya ailəsi yad körpəni dərhal xəstəxanəyə qaytarıb. Onu izah edən ata deyib:

“Bizi sakitləşdirməyə çalışdılar, bir otağa aldılar. Baş həkim müavini, xəstəxana müdiri və digər həkimlər  - altı nəfər yanımıza gəldi. Çox üzr istədilər. Belə bir şeyin qəbuledilməz olduğunu dedilər. Körpəni bizə verən tibb bacısının ailəvi problemləri olduğunu söylədilər. İşdən çıxarılacağını bildirdilər.”

Xəstəxanadan verilən rəsmi açıqlamada isə deyilib:

“Çıxış proseduru zamanı, baxmayaraq ki, müvafiq mövzularda təlimlər keçirilib, biləkliyin yoxlanışı aparılmadan səhvən başqa körpə ailəyə təhvil verilib.”
Seçilən
4
1
sherg.az

2Mənbələr