AZ

Mask Amerika telekanalını ağlara qarşı irqçilikdə ittiham edir

SpaceX və Tesla şirkətlərinin rəhbəri Elon Musk CNN televiziya kanalını ağdərili insanlara qarşı “çaşdırıcı və açıq irqçilik”də günahlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədəX sosial şəbəkəsindəki paylaşımında bildirib.

Milyarder bu fikri CNN aparıcısının ukraynalı qaçqının qaradərili şəxs tərəfindən öldürülməsi ilə bağlı verdiyi açıqlamaya cavab olaraq yazıb.

“CNN-də ağdərililərə qarşı açıq-aşkar irqçilik... bu, iyrəncdir”, – deyə Mask qeyd edib.

O, həmçinin ABŞ-də təkrar cinayət törədənlərin həbs olunmasınınictimai təhlükəsizlik üçün müsbət nəticələr verəcəyini bildirib.

Mask daha əvvəl də media qurumlarını birtərəfli və qərəzli mövqedə ittiham etmişdi.

Aminə Şahsuvarqızı

Seçilən
17
4
redaktor.az

5Mənbələr