“Qalatasaray” zədəli futbolçusu Viktor Osimhenin vəziyyəti ilə bağlı məlumat yayıb.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı hücumçunun ayaq biləyində orta dərəcəli bağ gərilməsi və qanaxma müəyyən edilib.
Osimhenin tezliklə meydanlara dönməsi üçün müalicələrə start verilib. Hücumçu zədəsini Nigeriya yığmasının oyununda alıb.