AZ

YN Jayarathna: Asiya artıq dünyanın istehsal bazarı kimi çıxış edir

Bakı, 9 sentyabr, AZƏRTAC

Bugünkü strateji vəziyyət artıq dəyişib və proseslər sürətlə cərəyan edir. Asiya artıq beynəlxalq səhnədə öz mövqeyini möhkəmləndirir. Bu mövqenin əsas dayağı isə iqtisadiyyatdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzulu iclasında Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü YN Jayarathna onlayn formatda qoşularaq deyib.

Dəniz əlaqələrinə və gəmilərin təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığına diqqət çəkən nümayəndə qeyd edib ki, təhlükəsiz limanların yaradılması, təchizat zəncirinin etibarlılığı və dayanıqlığı, həm dəniz, həm də quru bağlantılarının inkişaf etdirilməsi Asiyanın iqtisadi mövqeyini daha da gücləndirəcək.

“Geostrateji mənzərə onu göstərir ki, Asiya artıq dünyanın istehsal bazarı kimi çıxış edir. İstehsal gücünün artması regionda keyfiyyət standartlarına və iqtisadi dəyərin yüksəlməsinə müsbət təsir göstərir. Əlbəttə, mövcud kiçik problemlər var, lakin bu məsələləri regional mexanizmlər vasitəsilə həll etmək mümkündür. Bu baxımdan, AQEM-in rolu xüsusilə önəmlidir. Bu platforma hökumətləri bir-birinə yaxınlaşdırmalı, əməkdaşlıq əlaqələrini gücləndirməli və regional sabitliyin möhkəmlənməsinə töhfə verməlidir. Biz birlikdə hərəkət etsək, Asiya yalnız istehsal və iqtisadi mərkəz deyil, həm də təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın nümunəsi ola bilər”, - deyə o əlavə edib.

Seçilən
24
azertag.az

1Mənbələr