Bakı. Trend:
Azərbaycan Orta Dəhliz vasitəsilə bərpaolunan enerji keçidinətöhfə verərək inteqrasiyanı gücləndirəcək
Trend xəbərverir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) şöbə müdiri Şahmar Hacıyev AQEM Beyin Mərkəzləri Forumunun13-cü toplantısı zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, Orta Dəhliz konsepsiyası Mərkəzi Asiyaölkələrinin həm ənənəvi, həm də bərpaolunan enerji potensialınıgücləndirəcək:
"Orta Dəhliz konsepsiyası, bərpaolunan enerjinin daşınması üçünmühüm bir potensial mənbəyidir. Bu konsepsiya, Şərqi Asiya, MərkəziAsiya və Avropa arasında yeni logistika xətləri yaratmaqla,bölgənin iqtisadiyyatını inkişaf etdirməyi hədəfləyir, həmçininbərpaolunan enerjinin idxalı və ixracı üçün imkanlar yaradır".
Ş.Hacıyev onu da qeyd edib ki, ümumilikdə, Orta Dəhlizkonsepsiyası bərpaolunan enerji sahəsində logistika və daşınmaimkanlarını genişləndirməklə yanaşı, enerji bazarında yeni imkanlarda yaradır.