AZ

Tural Əsgərov: Kor əcnəbi sevgisinə son vermək vaxtıdır

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Fernandu Santuşu millimizin baş məşqçi postuna gətirmək bir səhv idi, əgər söylənildiyi kimi tam kompensasiya ödənilibsə, göndərmək də ikinci səhv". Bu sözləri Sport24.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.Tanınmış agent Fernandu Santuşun yığmanın baş məşqçi postundan istefaya göndərilməsindən danışıb:"Ümid edirəm ki, yığmamızın İslandiyaya ağır məğlubiyyətdən sonra Ayxan Abbasov komandanı Ukrayna ilə oyuna psixoloji cəhətdən hazır edə biləcək. Amma istənilən halda Ukrayna ilə matç bir oyundur, düşünmürəm ki, nəticənin futbolçumuzun gələcəyi baxımından ciddi əhəmiyyəti var. Milli komandamızın yeni baş məşqçisi mütləq yerli mütəxəssis olmalıdır. Çünki "kor əcnəbi" sevgisinə son vermək vaxtıdır. Bütün sualların cavabı olaraq bildirmək istəyirəm ki, Milli piramidanın zirvəsidir. Zirvədə hər hansı bir dəyişiklik xırda, kosmetik təmir olacaq. Bünövrə isə yenə də bərbad, çürük gündədir".Qeyd edək ki, Fernandu Santuş ötən ilin iyununda Azərbaycan millisinin baş məşqçi postuna təyin olunmuşdu. AFFA portuqaliyalı mütəxəssislə müqaviləyə ötən gün qarşılıqlı şəkildə xitam verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
sport24.az

2Mənbələr