AZ

Sülh sazişinin imzalanması Ermənistana xarici investisiya axınını təmin edə bilər - Ermənistan Mərkəzi Bankının sədri

Bakı. Trend:

Beynəlxalq tərəfdaşlarımızdan sülh prosesi ilə bağlı aldığımızsiqnallar və reaksiyalar olduqca müsbətdir. Əgər sülh sazişiimzalanarsa, Ermənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azaldavə xarici investisiyaların əhəmiyyətli axınını təmin edə bilər.

Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankınınsədri Martın Qalstyan Ermənistan parlamentində qurumun illikfəaliyyət hesabatının müzakirəsi zamanı hakim “Vətəndaş Müqaviləsi”partiyasının deputatı Babken Tunyanın sualına cavab olaraqbildirib.

“Bununla belə, hadisələrin gələcək inkişafına dairqeyri-müəyyənlik qalmaqdadır”, – deyə Qalstyan qeyd edib.

Onun sözlərinə görə, sülh sazişinin yekun imzalanması şəraitindəErmənistan mövcud riskləri əhəmiyyətli dərəcədə azalda və xariciinvestisiyaların ciddi axınını təmin edə biləcək.

Məqalədə:
Seçilən
60
az.trend.az

1Mənbələr