Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paytaxtın Neftçilər prospektində qayda pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, 77-KM-596 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Kadrdan da göründüyü kimi, sürücü tıxacda gözləmək istəməməklə yanaşı “şou” göstərmək üçün bu xətanı törədib. Bu vaxt o, qarşı tərəfdən gələn yük maşınına qəza təhlükəsi yaradıb.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 bal və 150 manat cəriməylə nəticələnir.
Nərmin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.