AZ

Rubinyan İrəvanda Cəlalzadə ilə görüşdü

BAKI, 9 senrtyabr. TELEQRAF

Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan İrəvanda İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ruben Rubinyan görüşdə bildirib ki, Ermənistan üçün dost İranla qarşılıqlı hörmət və etimad əsasında qurulmuş ikitərəfli münasibətlər böyük önəm daşıyır:

"Ölkələrarası səfərlər isə əməkdaşlıq gündəliyini genişləndirməyə, aktiv dialoqu və sıx əməkdaşlığı davam etdirməyə kömək edir".

Görüş zamanı tərəflər regional son inkişafları müzakirə ediblər.

Seçilən
15
1
teleqraf.com

2Mənbələr