AZ

Tehranda Ermənistan, İran və Hindistan nümayəndələrinin görüşü keçirilib

Tərəflər “Şimal–Cənub” dəhlizini, “Sülh kəsişməsi” layihəsini və Çabahar limanının imkanlarını müzakirə ediblər...

Poliqon xəbər verir ki, Tehranda Ermənistan, İran və Hindistan nümayəndələrinin iştirakı ilə siyasi məsləhətləşmələr baş tutub. Görüşdə əsas diqqət regional nəqliyyat və logistika layihələrinə yönəlib. Tərəflər “Şimal–Cənub” beynəlxalq dəhlizinin həyata keçirilməsi, Ermənistan tərəfindən təklif olunan “Sülh kəsişməsi” layihəsi və İranın Çabahar limanının tranzit imkanlarının istifadəsi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Diplomatlar həmçinin iqtisadi, ticarət və mədəni əlaqələrin dərinləşdirilməsi yollarını müzakirə ediblər. Görüş iştirakçıları qarşılıqlı əməkdaşlığın regionda sabitliyin möhkəmlənməsinə və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edəcəyini vurğulayıblar.

Məlumata görə, eyni formatda növbəti danışıqlar bu ilin sonuna qədər İrəvanda keçiriləcək. Bu prosesin məqsədi regional əməkdaşlığın institusional əsaslarını formalaşdırmaq və ölkələr arasında strateji tərəfdaşlığı genişləndirməkdir.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr