AZ

Bu hallarda daxili qoşunlara döyüş texnikası və xüsusi texnikanın tətbiqi qadağan ediləcək

Bakı. Trend:

Daxili qoşunların hərbi qulluqçuları tərəfindən döyüştexnikasının və xüsusi texnikanın tətbiqi şərtlərimüəyyənləşdiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik vəkorrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəolunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” qanunlayihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçuları döyüştexnikasını və xüsusi texnikanı aşağıdakı hallarda tətbiqedəcəklər:

  • kütləvi iğtişaşların qarşısının alınması zamanı maneələr vəkeçilməz sədlər aradan qaldırıldıqda;
  • girovlar, zəbt edilmiş binalar və digər tikililər, qurğular,ərazilər və nəqliyyat vasitələri azad edildikdə;
  • silahlı müqavimət göstərən, insanların həyatına və sağlamlığınatəhlükə yaradan qrup halında və ya silahlı basqın edən şəxslərzərərsizləşdirildikdə (digər üsullarla mümkün olmadıqda);
  • fövqəladə və ya hərbi vəziyyət rejimi şəraitində yaşayışməntəqəsinə giriş-çıxış postlarında müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının və ya hərbiqulluqçusunun nəqliyyat vasitəsini dayandırmaq tələbinə tabeolmayan nəqliyyat vasitəsi saxlanıldıqda xəbərdarlıq etdikdən sonraodlu silah tətbiq etməklə nəqliyyat vasitəsini dayandırmaq mümkünolmadıqda;
  • nəqliyyat vasitələrindən istifadə etməklə törədilən basqın dəfedildikdə;
  • qanunsuz silahlı birləşmələrdə, terror təşkilatlarında vəterror qruplarında, habelə silahlı müqavimət göstərən və ya basqınedən şəxsdə olan silah, döyüş sursatı, partlayıcı maddə, döyüştexnikası və xüsusi texnikanı təhvil vermək tələbi yerinəyetirilmədikdə;
  • fövqəladə hallar və kütləvi iğtişaşlar zamanı insanların həyatıxilas edildikdə və əmlakları təhlükədən qorunduqda.

Döyüş texnikasının və xüsusi texnikanın tətbiqi aşağıdakıhallarda qadağan ediləcək:

  • kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;
  • alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktivmaddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlancyerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələriistiqamətində;
  • girovlar saxlanılan yerlərdə maneələri dağıtmaq məqsədilə (əgərsaxlanılan şəxslərin həyat və sağlamlığına zərər vurulma ehtimalıvardırsa).
Seçilən
49
az.trend.az

1Mənbələr